Rusiya parlament seçkilərinə AŞPA müşahidəçilərini dəvət etməyəcək

Rusiya parlament seçkilərinə AŞPA müşahidəçilərini dəvət etməyəcək Nazir müavini: "Rusiyanın hazırda tərkibində fəaliyyət göstərmədiyi struktura dəvət göndərməyin mənası yoxdur"
Region
17 Mart , 2016 15:11
Rusiya parlament seçkilərinə AŞPA müşahidəçilərini dəvət etməyəcək

Bakı. 17 mart. REPORT.AZ/ Rəsmi Moskva parlament seçkilərinə ATƏT müşahidəçilərini dəvət etməyi düşünmür. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov məlumat verib.

"Rusiya nümayəndə heyəti AŞPA-da iştirak etmir. Odur ki, dəvət olunacaq başqa hörmətli parlament strukturları var. Rusiyanın hazırda tərkibində fəaliyyət göstərmədiyi struktura dəvət göndərməyin isə mənası yoxdur", - deyə A.Meşkov bildirib.

Nazir müavini qeyd edib ki, əvvəlcə AŞPA-da Rusiya nümayəndə heyətinin səlahiyyətlərini bərpa etmək, daha sonra isə bu cür məsələləri nəzərdən keçirmək lazımdır.

Qeyd edək ki, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatlarının seçkiləri bu il 18 sentyabr tarixində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi