Bakı. 25 aprel. REPORT.AZ/ Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistanda olan Rusiya vətəndaşlarına davam edən etiraz aksiyaları zamanı insanların kütləvi toplaşdıqları yerlərə getməməyi tövsiyə edib.
"Report" xəbər verir ki, bu barədə XİN-in Böhran vəziyyəti mərkəzi departamentindən bildiriblər.
"Yerevan şəhərində yeni nümayiş dalğası yaşanır, aksiyalar dinc xarakter daşıyır, amma xüsusilə də paytaxtın mərkəzində insanların sıx toplaşdığı yerlərdən uzaq durmaq tövsiyə olunur", - məlumatda deyilir.