Yuxarı
    Bağlamaq

    Rusiya ordusunun xüsusi təyinatlı dəstəsi Ermənistanda təlim keçir

    Təlimlərə Mi-24P hücum vertolyotları və ordu aviasiyasının hərbi-nəqliyyatı olan Mi-8Mt vertolyotu cəlb edilib

    Bakı. 22 avqust. REPORT.AZ/ Rusiyanın Ermənistanda yerləşən Cənub Hərbi Dairəsinin (CHD) hərbi bazasının kəşfiyyat bölmələrinin hərbçiləri ilk dəfə gücləri şərti düşmənin arxasına keçirmək üzrə təlimlərə başlayıb.

    "Report" CHD-nin mətbuat xidmətinə istinadən məlumat verir ki, təlimlərə "Mi-24P" hücum vertolyotu və "Mi-8Mt" ordu aviasiyasının hərbi-nəqliyyat vertolyotu, eləcə də Rusiyanın Cənubi Qafqazdakı hərbi birləşməsinin pilotsuz uçan aparatları cəlb edilib.

    Qeyd olunur ki, hazırlıq zamanı xüsusi təyinatlılar dəniz səviyyəsindən 2 min metrdən çox yüksəklikdə yerləşən "Kamhud" və "Alagöz" yüksək dağlıq poliqonlarında təlimatçıların vasitəsilə təcrübədə şərti düşmənin arxasına desant keçirmək üzərində məşq edirlər. Həmçinin vertolyotçularla xüsusi təyinatlılar qrupların şərti düşmən xətlərinin arxasına standart çıxışı üzərində çalışır, şərti düşmənin aşkar eedilməsi məqsədi ilə kəşfiyyat-axtarış tapşırıqlarını yerinə yetirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi