​Rusiya-NATO Şurasının fəaliyyəti bərpa olunacaq

​Rusiya-NATO Şurasının fəaliyyəti bərpa olunacaq Yens Stoltenberq: "Şura fəaliyyətini davam etdirir, 2014-cü ildən qurumun bir neçə iclası da keçirilib"
Region
2 Dekabr , 2015 13:40
​Rusiya-NATO Şurasının fəaliyyəti bərpa olunacaq

Bakı. 2 dekabr. REPORT.AZ/ "Rusiya ilə əməkdaşlığın bərpa edilməsi üçün Rusiya-NATO Şurasından faydalanmağın yollarının araşdırılması haqda qərar qəbul etdik".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

"2014-cü ildə Rusiya Krımı ilhaq edəndən sonra alyans Rusiya ilə praktik olaraq, bütün əlaqələri dondurub. Qeyd etmək istəyirəm ki, biz həmin vaxt Rusiya ilə siyasi təması saxlayacağımız haqda razılığa gəlmişdik. Rusiya-NATO Şurası fəaliyyətini davam etdirir, 2014-cü ildən Şuranın bir neçə iclası da keçirilib", - o, söyləyib. 

Son xəbərlər

Orphus sistemi