Rusiya müxalifəti ölkənin Suriya münaqişəsində iştirakına qarşı mitinq keçirəcək

Rusiya müxalifəti ölkənin Suriya münaqişəsində iştirakına qarşı mitinq keçirəcək Mitinq təşkilatçıları: “Rusiyanın çoxsaylı daxili problemləri var və müharibəyə həddən artıq vəsait sərf olunur”
Region
8 Noyabr , 2016 17:08
Rusiya müxalifəti ölkənin Suriya münaqişəsində iştirakına qarşı mitinq keçirəcək

Bakı. 8 noyabr. REPORT.AZ/ Rusiyanın müxalifət partiyaları ölkə hərbçilərinin Suriyadakı münaqişədə iştirakına etiraz olaraq mitinq keçirmək üçün paytaxt Moskvanın meriyasına müraciət edib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, meriyaya təqdim olunan ərizədə aksiyanın noyabrın 20-də keçirilməsinin nəzərdə tutulduğu göstərilib. 

Mitinqin təşkilatçıları rəsmi qeydiyyata alınmayan “5 dekabr Partiyası”, Libertarian Partiyası, habelə “Solidarnost” və ”İnsan haqları uğrunda” təşkilatdır.

Məlumata görə, təşkilatçılar qeyd ediblər ki, Rusiyanın çoxsaylı daxili problemləri var və buna baxmayaraq, müharibəyə həddən artıq vəsait sərf olunur. Müxalifət bildirib ki, Suriyaya ilk növbədə humanitar yardım göndərilməlidir. 

Son xəbərlər

Orphus sistemi