​Rusiya müxalifət liderinin dəfn günü müəyən edilib

​Rusiya müxalifət liderinin dəfn günü müəyən edilib Moskvada Nemtsovun xatirəsinə həsr olunan matəm yürüşü keçiriləcək
Region
28 Fevral , 2015 16:10
​Rusiya müxalifət liderinin dəfn günü müəyən edilib

Bakı.28 fevral. REPORT.AZ/ Rusiyanın müxalifət liderlərindən olan Boris Nemtsov Moskvada dəfn ediləcək.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiya Respulikaçılar Partiyası - Xalq Azadlıq Partiyasının katibi Konstantin Merzlikin bildirib.

"Boris Yefimoviçin dəfn mərasimi 99% martın 3-də Troyekurov qəbristanlığında olacaq",- o , vurğulayıb.

Həmin partiyanın üzvü İlya Yaşin isə bildirib ki, görə, martın 1-də Moskvada Nemtsovun xatirəsinə həsr edilən matəm yürüşü keçiriləcək. Onun sözlərinə görə, bu haqda Moskva meri ilə razılıq əldə edilib.

Son xəbərlər

Orphus sistemi