Rusiya müvəqqəti yaşamaq icazəsinin verilməsi üzrə kvotanı azaldıb

Rusiya müvəqqəti yaşamaq icazəsinin verilməsi üzrə kvotanı azaldıb Rusiyanın Baş naziri Dmitri Medvedev 2018-ci ildə icazənin verilməsi üzrə kvotanı 19,8 min azaltmaq barədə sərəncam verib
Region
24 Noyabr , 2017 11:11
Rusiya müvəqqəti yaşamaq icazəsinin verilməsi üzrə kvotanı azaldıb
NewsNN

Bakı. 24 noyabr. REPORT.AZ / Rusiyanın Baş naziri Dmitri Medvedev 2018-ci ildə əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə yaşamaq icazəsinin verilməsi üzrə kvotanı 19,8 min azaltmaq barədə sərəncam verib. 

"Report" bu barədə "Kommersant"a istinadən xəbər verir.

Qeyd olunur ki, 2017-ci ildə müvəqqəti yaşamaq icazələrinin sayı 110 160 təşkil edirdisə, 2018-ci ildə bu rəqəm 90 360 olacaq.

Xatırladaq ki, bu il noyabrın 22-də Rusiya hökuməti ölkəyə daxil olmaq üçün yeni növ - müvəqqəti yaşamaq icazəsi almaq üçün vizanı təsdiqləyib. Belə vizalar Rusiya Daxili Nazirliyinin ərazi orqanının xarici vətəndaşa müvəqqəti yaşamaq icazəsi verilməsi barədə qərarı olacağı təqdirdə diplomatik nümayəndəlik və ya konsulluq qurumları tərəfindən veriləcək. Bu cür vizalar yalnız birdəfəlik ola bilər.

Son xəbərlər

Orphus sistemi