Yuxarı
    Bağlamaq

    ​Rusiya müharibə olacağı təqdirdə Ermənistandakı aviabazadan Türkiyəyə hücum edə bilər

    İki ölkə arasında münaqişə regionda arzuolunmaz nəticələrə gətirib çıxara bilər

    Bakı. 22 fevral. REPORT.AZ/ Rusiya Türkiyə ilə münaqişə olacağı təqdirdə Ermənistandakı "Erebuni" aviabazasında yerləşdirdiyi döyüş aviasiyasından istifadə edə bilər.

    "Report" xəbər verir ki, bu barədə "Military Informant" nəşri yazıb.

    Məlumata görə, Ermənistandakı mənbə ölkənin Rusiya və Türkiyə arasında baş verə biləcək mümkün münaqişəyə cəlb edilməsi təhlükəsinin olduğunu və bunun regionda arzuolunmaz nəticələrə gətirib çıxaracağını bildirib.

    İrəvandakı aviabaza 1995-ci ildə formalaşdırılıb. 1998-ci ilin noyabrında ora "MiQ-29" qırıcıları göndərilib. Müxtəlif məlumatlara görə, hərbi aerodromda ondan çox Rusiya "MİQ-29"u var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi