Yuxarı

Rusiya MSK: Bülletenlərin 99 faizinin nəticələrinə görə, Putin 76,65 faiz səs toplayıb - YENİLƏNİB-5

Rusiya MSK: Bülletenlərin 99 faizinin nəticələrinə görə, Putin 76,65 faiz səs toplayıb - YENİLƏNİB-5
Siyahıda ikinci yerdə Pavel Qrudinin qərarlaşıb

Bakı. 19 mart. REPORT.AZ/ Seçki bülletenlərinin 99 faizinin hesablanmasının nəticələrinə görə Vladimir Putin ötən gün Rusiyada keçirilən prezident seçkilərində 76,65 faiz seçici səsi toplayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Rəsmi məlumata görə, Kommunist Partiyasının namizədi Pavel Qrudinin siyahıda 11,82 faiz səslə ikinci yerdə qərarlaşıb. Vladimir Jirinovski siyahıda 5,68 faiz səslə üçüncü yerdədir. 


***04:38

Seçki bülletenlərinin 97 faizinin hesablanmasının nəticələrinə görə, Vladimir Putin ötən gün Rusiyada keçirilmiş prezident seçkilərində 76,6 faiz seçici səsi toplayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Rəsmi məlumata görə, ona 53 milyon 579 min 719 nəfər səs verib.


***04:04

Rusiyada seçici bülletenlərininin 95 faizinin nəticələrinə görə, Vladimir Putin ötən gün keçirilən prezident seçkilərində 76,56 faiz səs toplayıb.

"Report" xəbər verir ki, bu barədə TASS Mərkəzi Seçki Komissiyasına istinadən məlumat yayıb.

Məlumata görə, siyahıda ikinci yerdə Kommunist Partiyasının namizədi Pavel Qrudinin 11,92 faiz səslə qərarlaşıb. Üçüncü yerdə isə Liberal Demokrat Partiyasının namizədi Vladimir Jirinovski 5,77 faiz səslə qərarlaşıb.

"Vətəndaş təşəbbüsü"nün namizədi Kseniya Sobçak 1,62 faiz, Qriqori Yavlinski 1 faiz seçici səsi yığıblar. Seçkilərdə habelə Boris Titova seçicilərin 0,74 faizi, Maksim Suraykinə 0,68 faizi, Sergey Baburinə 0,65 faiz seçici səs verib.


***03:38

Rusiyada keçirilən prezident seçkiləri bülletenlərinin 90,02 faizinin hesablanmasına əsasən Vladimir Putin prezident seçkilərində 76,41 faiz seçici səsi toplayıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir.  

Qeyd edək ki, dünən Rusiyada prezident seçkiləri keçirilib. Prezident vəzifəsi uğrunda hazırkı dövlət başçısı Vladimir Putin, Liberal Demokrat Partiyasından Vladimir Jirinovski, Kommunist Partiyasından Pavel Qrudin, Rusiya Ümumxalq İttifaqı Partiyasından Sergey Baburin, "Vətəndaş təşəbbüsü" Partiyasından telejurnalist Kseniya Sobçak, Rusiya Kommunistləri Partiyasından Maksim Suraykin, Boris Titov və "Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski mübarizə aparıb.


***02:27

Seçki bülletenlərinin 85,08 faizinin yoxlanılmasından sonra Rusiyanın hazırkı dövlət rəhbəri Vladimir Putin 76,29 faiz səs toplayaraq seçkilərdə liderdir.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir.

Məlumata görə, siyahıda ikinci yerdə Pavel Qrudinin qərarlaşıb. O, 12,18 faiz seçici səsi toplayıb. İlk üçlükdə 5,92 faiz səslə Vladimir Jirinoivski sonuncuddur.

Aktivində 1,56 faiz səs olan Kseniya Sobçak, 0,94 faiz səs toplayan Qriqori Yavlinski, 0,71 faiz səslə Boris Titov, 0,68 faiz səslə Maksim Suraykin, 0,64 faiz səslə Serqey Bbaurin müvafiq olaraq sonrakı yerləri bölüşdürürlər.  


***01:18

Seçki bülletenlərinin 70 faizinin hesablanmasına əsasən Rusiyanın hazırkı dövlət başçısı Vladimi Putin dünən keçirilmiş prezident seçkilərində seçicilərin 75,91 faizinin səsini toplayıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Qeyd edək ki, dünən Rusiyada prezident seçkiləri keçirilib. Prezident vəzifəsi uğrunda hazırkı dövlət başçısı Vladimir Putin, Liberal Demokrat Partiyasından Vladimir Jirinovski, Kommunist Partiyasından Pavel Qrudin, Rusiya Ümumxalq İttifaqı Partiyasından Sergey Baburin, "Vətəndaş təşəbbüsü" Partiyasından telejurnalist Kseniya Sobçak, Rusiya Kommunistləri Partiyasından Maksim Suraykin, Boris Titov və "Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski mübarizə aparıb.


***22:19

Seçici səslərinin 21,33 faizinin hesablanmasına əsasən Rusiyanın hazırkı dövlət başçısı Vladimi Putin bu gün keçirilən prezident seçkilərində 71,97 faiz səs toplayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb. 

Mərkəsi Seçki Komissiyasının məlumatına görə, Kommunist Partiyasının namizədi Pavel Qrudin seçici səslərinin sayına görə ikinci yerdədir. O, 15,9 faiz səs toplayıb.

Liberal Demokrat Partiyasından Vladimir Jirinovski hazırkı nəticələrə görə (6,96 faiz seçici səsi) siyahıda üçüncü yerdə qərarlaşıb. "Vətəndaş təşəbbüsü" Partiyasından telejurnalist Kseniya Sobçak 1,39 faiz səslə namizədlər siyahısında dördüncü olub. Onu 0,77 faiz səslə "Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski təqib edib. 

Bu gün Rusiyada prezident seçkiləri keçirilib. Prezident vəzifəsi uğrunda hazırkı dövlət başçısı Vladimir Putin, Liberal Demokrat Partiyasından Vladimir Jirinovski, Kommunist Partiyasından Pavel Qrudin, Rusiya Ümumxalq İttifaqı Partiyasından Sergey Baburin, "Vətəndaş təşəbbüsü" Partiyasından telejurnalist Kseniya Sobçak, Rusiya Kommunistləri Partiyasından Maksim Suraykin, Boris Titov və "Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski mübarizə aparıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi