Yuxarı

Rusiya Müdafiə Nazirliyi: "Pilotsuz uçan aparatlarımız planauyğun rejimlə fəaliyyət göstərir"

Rusiyanın Suriyadakı bütün qırıcıları döyüş tapşırığını yerinə yetirəndən sonra Xmeymimdəki aviabazaya qayıdıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ "Rusiyanın Suriyadakı bütün qırıcıları döyüş tapşırığını yerinə yetirəndən sonra "Xmeymim"dəki aviabazaya qayıdıb. Suriya ərazisində müşahidə şəraitini öyrənmək üçün kəşfiyyat uçuşu həyata keçirən pilotsuz uçan aparatlarımız (PUA) da planauyğun rejimdə fəaliyyət göstərir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələri ölkənin hava məkanında naməlum PUA vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi