Yuxarı

Rusiya Mərkəzi Bankının binasında yanğın baş verib - VİDEO

Rusiya Mərkəzi Bankının binasında yanğın baş verib - VİDEO

Bakı. 24 avqust. REPORT.AZ/ Cümə günü axşamı Rusiya Mərkəzi Bankının Moskvanın Neqlinnaya küçəsində yerləşən inzibati binasında yanğın baş verib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin rəhbəri bildirib.

Yanğın binanın 4-cü mərtəbəsində qeydə alınıb. Hadisə yerinə 92 nəfərdən ibarət 26 yanğınsöndürmə briqadası göndərilib. Alov 30 kvadratmetri əhatə edib. Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi