Rusiya Mərkəzi Bankı: Ehtiyat Fond 2017-ci ilin ortalarına qədər bitəcək

Rusiya Mərkəzi Bankı: Ehtiyat Fond 2017-ci ilin ortalarına qədər bitəcək Bundan sonra Milli Rifah Fondunun vəsaitlərindən istifadə olunacaq
Region
4 Dekabr , 2015 14:50
Rusiya Mərkəzi Bankı: Ehtiyat Fond 2017-ci ilin ortalarına qədər bitəcək

Bakı. 4 dekabr. REPORT.AZ/ Rusiya Ehtiyat Fondu 2017-ci ilin ortalarına qədər tamamilə büdcə kəsirinin maliyyələşdirilməsinə xərclənəcək. Ehtiyat Fond bitəndən sonra isə Milli Rifah Fondunun (MRF) vəsaitlərindən istifadə olunacaq.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının araşdırmalar və proqnozlaşdırma departamentinin hazırladığı bülletendə deyilir.

2018-ci ilin sonuna qədər MRF ÜDM-in 2,5%-i həcmində olacaq. ÜDM-in 1%-i likvid aktivlər şəklində qalacaq. Yerdə qalan vəsaitdən bilavasitə cari layihələrin həyata keçirilməsində istifadə olunacaq.

2016-cı il federal büdcə haqqında qanun layihəsinə görə, Ehtiyat Fondun 2016-cı ilin əvvəlinə proqnozlaşdırılan həcmi 3,4 trilyon rubl, ilin sonuna isə 1 trilyon rubldan bir qədər çox dəyərə malik olacaq. Milli Rifah Fonduyla bağlı proqnozlar isə 1 yanvar tarixinə 4,9 trilyon rubl, ilin sonuna 4,66 trilyon rubl təşkil edir.

Son xəbərlər

Orphus sistemi