Rusiya məhkəməsi casusluqda təqsirləndirilən Estoniya sakinini 11 il azadlıqdan məhrum edib

Rusiya məhkəməsi casusluqda təqsirləndirilən Estoniya sakinini 11 il azadlıqdan məhrum edib İttihama əsasən, Arsen Mardaleyşvili Rusiyanın Qərb Hərbi Dairəsi qoşunları barədə məlumat toplayırmış
Region
6 Aprel , 2017 11:40
Rusiya məhkəməsi casusluqda təqsirləndirilən Estoniya sakinini 11 il azadlıqdan məhrum edib

Bakı. 6 aprel. REPORT.AZ/ Moskva şəhər Məhkəməsi Rusiyada casusluq fəaliyyəti ilə məşğul olmaqda təqsirləndirilən Estoniya sakini Arsen Mardaleyşvilini 11 il müddətinə azadlıqdan məhrum edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzi yayıb. 

İttihama əsasən, A.Mardaleyşvili Rusiyanın Qərb Hərbi Dairəsi qoşunları barədə məlumat toplayırmış. O, Qərb Hərbi Dairəsinin birlikləri barədə məxfi məlumatları toplayaraq, pul mükafatı qarşılığında Estoniya Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsinə ötürürmüş. İnformasiyaya görə, A.Mardaleyşvili günahını etiraf edib. 

Qeyd edək ki, A.Mardaleyşvili heç bir ölkənin vətəndaşı deyil. Amma Estoniyanın “qeyri-vətəndaş” sakini statusu daşıyır.

Son xəbərlər

Orphus sistemi