Yuxarı
    Bağlamaq

    ​Rusiya KİV-ləri: Azərbaycanın sərhədində güclü zəlzələ gözlənilir

    Maqnitudası 6-6,5 bal olan zəlzələ 2016 və 2017-ci illərdə Azərbaycanla Dağıstan sərhədində proqnozlaşdırılır

    Bakı. 13 aprel. REPORT.AZ/ 2016 və 2017-ci illərdə Dağıstan yaxınlığında 6,5 bal gücündə zəlzələ gözlənilir.

    "Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitutunun direktor müavini Yevgeni Roqojin bildirib.

    "Proqnoz Şərqi Qafqaz üzrədir. Bu, Azərbaycanla Dağıstan sərhəddidir. Zəlzələ ya bu il, ya da gələn il ola bilər. Bizim proqnoza görə, zəlzələnin maqnitudası 6-6,5 bal olacaq, bu da 7-8 bal deməkdir", - deyə Y.Roqojin söyləyib.

    Onun sözlərinə görə, Rusiya FHN artıq xəbərdardır və yerli hakimiyyətin təkanlara tab gətirməyəcək binaları bərkitmək üçün hələlik zamanı var. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi