​Rusiya KİV-ləri: Azərbaycanın sərhədində güclü zəlzələ gözlənilir

​Rusiya KİV-ləri: Azərbaycanın sərhədində güclü zəlzələ gözlənilir Maqnitudası 6-6,5 bal olan zəlzələ 2016 və 2017-ci illərdə Azərbaycanla Dağıstan sərhədində proqnozlaşdırılır
Region
13 Aprel , 2016 18:07
​Rusiya KİV-ləri: Azərbaycanın sərhədində güclü zəlzələ gözlənilir

Bakı. 13 aprel. REPORT.AZ/ 2016 və 2017-ci illərdə Dağıstan yaxınlığında 6,5 bal gücündə zəlzələ gözlənilir.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitutunun direktor müavini Yevgeni Roqojin bildirib.

"Proqnoz Şərqi Qafqaz üzrədir. Bu, Azərbaycanla Dağıstan sərhəddidir. Zəlzələ ya bu il, ya da gələn il ola bilər. Bizim proqnoza görə, zəlzələnin maqnitudası 6-6,5 bal olacaq, bu da 7-8 bal deməkdir", - deyə Y.Roqojin söyləyib.

Onun sözlərinə görə, Rusiya FHN artıq xəbərdardır və yerli hakimiyyətin təkanlara tab gətirməyəcək binaları bərkitmək üçün hələlik zamanı var. 

Son xəbərlər

Orphus sistemi