Rusiya iqtisadiyyatının bərpası üzrə plan təqdim edilib

Rusiya iqtisadiyyatının bərpası üzrə plan təqdim edilib Rusiya prezidenti Vladimir Putin baş nazir Mixail Mişustin ilə ölkə iqtisadiyyatının koronavirus pandemiyasının təsirindən sonra bərpası üzrə planın detallarını müzakirə edib.
Region
2 İyun , 2020 17:16
Rusiya iqtisadiyyatının bərpası üzrə plan təqdim edilib

Rusiya prezidenti Vladimir Putin baş nazir Mixail Mişustin ilə ölkə iqtisadiyyatının koronavirus pandemiyasının təsirindən sonra bərpası üzrə planın detallarını müzakirə edib.

“Report”un Rusiya bürosunun məlumatına görə, Putin dövlətin məqsədinin indi yalnız vəziyyəti sabitləşdirmək yox, həm də əhaliyə və biznesə dəstək vermək olduğunu vurğulayıb.

“Bərpa planı üçün 5 trilyon rubl lazım gələcək. Plan üç mərhələdən ibarətdir: sabitləşmə (2020-ci ilin sonuna qədər), bərpa (2021-ci ilin II rübünə qədər) və artım (2021-ci ilin IV rübünə qədər)”, - M.Mişustin deyib.

Son xəbərlər

Orphus sistemi