Rusiya ilk dəfə Türkiyəni "Ka-32" helikopterləri ilə təchiz edəcək

Rusiya ilk dəfə Türkiyəni "Ka-32" helikopterləri ilə təchiz edəcək İmzalanmış sazişlərin detalları açıqlanmır
Region
18 Avqust , 2017 15:36
Rusiya ilk dəfə Türkiyəni Ka-32 helikopterləri ilə təchiz edəcək

Bakı. 18 avqust. REPORT.AZ/ Rusiya ilk dəfə Türkiyə və Taylandı çoxməqsədli "Ka-32" helikopterləri ilə təchiz edəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, "Vertolyotı Rossii" holdinqinin yaydığı məlumatda şirkətin xarici ölkələrə bu tip 8 helikopter göndərəcəyi bildirilib.

İmzalanmış sazişlərin detalları açıqlanmır.

Qeyd edək ki, "Ka-32" tipli çoxməqsədli helikopter xüsusi axtarış-xilasetmə və yüksəklikdə montaj işlərinin həyata keçirilməsi, yanğınsöndürmə, yükdaşıma, xəstə və yaralıların evakuasiyası, həmçinin patrul və xüsusi xidmət orqanlarının əməliyyatlarını təşkil etmək üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi