Mariya Zaxarova: "Rusiya və Türkiyə Suriyadakı vəziyyətlə bağlı daim işgüzar təmasdadır"

Mariya Zaxarova: "Rusiya və Türkiyə Suriyadakı vəziyyətlə bağlı daim işgüzar təmasdadır" Bakı. 19 dekabr. REPORT.AZ/ Rusiya ilə Türkiyə Suriyanın İdlib əyalətindəki vəziyyətlə bağlı daim işgüzar təmasdadır.
Region
19 Dekabr , 2018 20:45
Mariya Zaxarova: Rusiya və Türkiyə Suriyadakı vəziyyətlə bağlı daim işgüzar təmasdadır

Bakı. 19 dekabr. REPORT.AZ/ "Rusiya ilə Türkiyə Suriyanın İdlib əyalətindəki vəziyyətlə bağlı daim işgüzar təmasdadır".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, iki ölkə arasında bu məsələyə dair müxtəlif səviyyələrdə, o cümlədən xarici işlər nazirləri, xüsusi nümayəndələr, dövlət başçıları səviyyəsində müntəzəm görüşlər keçirilir: “Təmas saxlamaq deyəndə, sadəcə, diplomatik protokol qaydasına əməl etmək deyil, məhz diplomatlar, hərbçilər, ekspertlər arasında işgüzar təmaslar, nümayəndə heyətlərinin səfərləri nəzərdə tutulur. Bütün bu əlaqələr imkan daxilində mövqelərimizi yaxınlaşdırmaq, problemli məsələlərə dair isə ortaq nöqtələr tapmaq məqsədi daşıyır”.

Son xəbərlər

Orphus sistemi