Türkiyənin baş naziri: "Rusiya ilə itirdiyimiz zamanı kompensasiya edəcəyik"

Türkiyənin baş naziri: "Rusiya ilə itirdiyimiz zamanı kompensasiya edəcəyik" Rusiyanın baş naziri: "Bugünkü görüş iqtisadi, sərmayə və humanitar sahələrdə əməkdaşlıq etmək üçün əlavə güc verir"
Region
6 Dekabr , 2016 15:30
Türkiyənin baş naziri: Rusiya ilə itirdiyimiz zamanı kompensasiya edəcəyik

Bakı. 6 dekabr. REPORT.AZ/ "Rusiya və Türkiyə ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən iri layihələrin reallaşdırılması üçün potensiala malikdir".

“Report” Rusiya və Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın Baş naziri Dmitri Medvedev türkiyəli həmkarı Binəli Yıldırımla görüşdən sonra bildirib.

O deyib ki, iki ölkə arasında ticarət həcminin artırılması ilə bağlı tarixi imkan yaranıb: "Ancaq son zamanlar iki ölkə arasında ticarət həcmi azalıb. Biz baş nazirlə bununla bağlı danışdıq. Biz bu imkanları inkişaf etdirmək, böyük layihələrimizi birgə həyata keçirməyə qadirik. Bugünkü görüş iqtisadi, sərmayə və humanitar sahələrdə əməkdaşlıq etmək üçün əlavə güc verir”.

Türkiyənin Baş naziri Binəli Yıldırım isə terrorizmlə mübarizə sahəsində əməkdaşlıq edəcəklərini deyib: "Həmçinin, strateji sahələrdə əlaqələri inkişaf etdirəcəyik və itirdiyimiz zamanı kompensasiya etməyə çalışacağıq”.

Son xəbərlər

Orphus sistemi