NATO-nun baş katibi: "Rusiya ilə İŞİD-i müqayisə etməyin mənası yoxdur"

NATO-nun baş katibi: "Rusiya ilə İŞİD-i müqayisə etməyin mənası yoxdur" Yens Stoltenberq: "Rusiya ilə dialoqa və gərginliyin azaldılması səylərini dəstəkləməyə çalışırıq"
Region
30 Dekabr , 2016 12:26
NATO-nun baş katibi: Rusiya ilə İŞİD-i müqayisə etməyin mənası yoxdur

Bakı. 30 dekabr. REPORT.AZ/ “Rusiya tərəfindən NATO-dakı tərəfdarlarımız birbaşa təhdid edilmir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın “DPA” agentliyinə müsahibəsində deyib.

“Rusiya bizim qonşumuzdur və qonşumuz olaraq qalacaq. Ona görə də biz onunla dialoqa və gərginliyin azaldılması səylərini dəstəkləməyə çalışırıq”, - o söyləyib.

Y.Stoltenberq “2017-ci ildə NATO üçün hansı təhlükəlidir - Rusiya, ya İŞİD” sualına cavabında deyib: “Rusiya ilə İŞİD-i müqayisə etməyin mənası yoxdur. İŞİD NATO-nun paytaxtında çoxsaylı terror aktlarının törədilməsinin məsuliyyətini daşıyır. Bizim hədəfimiz İŞİD-i dağıdıb, məhv etməkdir”.

NATO-nun baş katibi Suriyada BMT Təhlükəsizlik Şurasının faydalı olmadığını da vurğulayıb.

Qeyd edək ki, Y.Stoltenberqin səlahiyyət müddəti 2018-ci ildə bitir. 

Son xəbərlər

Orphus sistemi