​Rusiya ilə İran arasında uçuşların artırılması haqda sənəd imzalanıb

​Rusiya ilə İran arasında uçuşların artırılması haqda sənəd imzalanıb Tərəflər həftədə maksimum 28 qoşa uçuş reysini istənilən tip sərnişin təyyarəsi ilə həyata keçirə bilər
Region
11 Fevral , 2016 11:59
​Rusiya ilə İran arasında uçuşların artırılması haqda sənəd imzalanıb

Bakı. 11 fevral. REPORT.AZ/ Rusiya ilə İran arasında uçuşların sayının həftədə 28 dəfəyədək artırılması barədə memorandum imzalanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu "Rusiya Hava" şirkətindən bildiriblər.

Məlumata görə, tərəflər həftədə maksimum 28 qoşa uçuş (Rusiya və İrana reyslər) reysinin istənilən tip sərnişin təyyarəsi ilə həyata keçirə bilər.

Sənəddə qeyd edilib ki, Rusiyadan İranın Tehran, İsfahan, Məşhəd, Rəşt və İslam Respublikasının müəyyənləşdirəcəyi daha üç şəhərə uçuş keçirilə bilər.

Memoranduma əsasən, İrandan isə Rusiyanın Moskva, Sankt-Peterburq, Həştərxan, Kazan, Ufa, Soçi və Rusiyanın müəyyənləşdirəcəyi daha bir şəhərə uçuşların geçəkləşirilməsi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi