Rusiya ilə Ermənistan qoşunlarının birləşmiş qruplarının yaradılması haqqında razılaşma imzalanıb

Rusiya ilə Ermənistan qoşunlarının birləşmiş qruplarının yaradılması haqqında razılaşma imzalanıb Nazirlər 2017-ci ildə hərbi sahədə əməkdaşlığa dair planı da təsdiqləyiblər
Region
30 Noyabr , 2016 13:35
Rusiya ilə Ermənistan qoşunlarının birləşmiş qruplarının yaradılması haqqında razılaşma imzalanıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Rusiya və Ermənistan arasında iki ölkə qoşunlarının birləşmiş qruplarının yaradılması haqda razılaşma imzalanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, sənədi Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə ermənistanlı həmkarı Vigen Sarkisyan imzalayıb.

İnformasiyaya görə, nazirlər 2017-ci ildə hərbi sahədə əməkdaşlığa dair planı da təsdiqləyiblər.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 14-də Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplarının yaradılması haqqında sazişi təsdiqləyib. 

Son xəbərlər

Orphus sistemi