Rusiya iki ildən sonra Türkiyədən nar və badımcan gətirilməsinə icazə verib

Rusiya iki ildən sonra Türkiyədən nar və badımcan gətirilməsinə icazə verib Siyahıda bibər, göyərti, balqabaq, qabaq və digər tərəvəzlərin adları da var
Region
5 Mart , 2018 02:38
Rusiya iki ildən sonra Türkiyədən nar və badımcan gətirilməsinə icazə verib

Bakı. 5 mart. REPORT.AZ/ Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti (BFNFX) iki illik fasilədən sonra Türkiyədən nar, badımcan, bibər, göyərti, balqabaq, qabaq və digər tərəvəzlərin ölkə ərazisinə gətirilməsinə icazə verib. Qərar Xidmətin icazə verdiyi müəssisələr tərəfindən sözügedən məhsulların idxalı zamanı heç bir karantin halı aşkar edilməməsi ilə əlaqədar qəbul olunub.

“Report” xəbər verir ki, bunu BFNFX-nın mətbuat katibi Yuliya Melano deyib.

O bildirib ki, indi Türkiyənin Ərzaq və Heyvandarlıq Nazirliyinin tədarük edilən məhsulun fitosanitar təhlükəsizliyi ilə bağlı verdiyi icazə sənədi olmaq şərti ilə arzu edən hər bir şirkət ixracla məşğul ola bilər.

Türkiyədən Rusiyaya nar, badımcan, bibər, göyərti və digər tərəvəzlərin tədarükünə qadağa təqribən iki il qüvvədə olub.

Son xəbərlər

Orphus sistemi