Yuxarı

Rusiya idman nazirinin müavini vəzifəsindən azad olunub

Rusiya idman nazirinin müavini vəzifəsindən azad olunub
Bu barədə Dmitri Medvedev tərəfindən imzalanmış Rusiya hökumətinin sərəncamında deyilir

Bakı. 24 oktyabr. REPORT.AZ/ Rusiya idman nazirinin müavini Yuri Naqornıx ölkə hökuməti başçısının sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Yuri Dmitriyeviç Naqornıx öz xahişi əsasında Rusiya Federasiyasının idman nazirinin müavini vəzifəsindən azad edilib. Bu barədə Dmitri Medvedev tərəfindən oktyabrın 20-də imzalanmış Rusiya hökumətinin sərəncamında deyilir" - Rusiya İdman Nazirliyindən bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi