Bakı. 22 dekabr. REPORT.AZ/ Stokholmda Rusiyanın İsveç diplomatını ölkədən çıxarmasına dair məlumatın təsdiq ediblər.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Krallığın
XİN Moskvanın qəbul etdiyi qərardan təəssüfləndiklərini bildirib.
"Radio Sweden"in məlumatına görə, Moskva İsveç səfirliyinin mədəniyyət işləri üzrə attaşesini Stokholmun iki rusiyalı diplomata viza verməkdən imtina etməsinə cavab olaraq "arzuolunmaz şəxs" elan edib.