Rusiya İran-Ermənistan dəmir yolunun tikintisində iştirak məsələsini nəzərdən keçirir

Rusiya İran-Ermənistan dəmir yolunun tikintisində iştirak məsələsini nəzərdən keçirir Ermənistan layihənin həyata keçirilməsinə başlamaq üçün sərmayəçi axtarır
Region
9 Yanvar , 2016 10:30
Rusiya İran-Ermənistan dəmir yolunun tikintisində iştirak məsələsini nəzərdən keçirir

Bakı. 9 yanvar. REPORT.AZ/ Rusiya İran-Ermənistan dəmir yolunun tikintisində öz iştirak məsələsini nəzərdən keçirməyə hazırdır. 

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Ovik Abramyanın Rusiyanın nəqliyyat naziri, İqtisadi Əməkdaşlıq üzrə Ermənistan-Rusiya Hökumətlərarası Komissiyanın həmsədri Maksim Sokolov ilə Yerevanda keçirilən görüşün yekunları ilə bağlı bəyan edilib. 

İran Ermənistan dəmir yolunun tikintisi haqqında danışıqlar bir neçə ildir ki, davam edir. Ermənistan layihənin həyata keçirilməsinə başlamaq üçün sərmayəçi axtarır. Layihənin dəyəri 3,5 mlrd. dollar təşkil edir. 

Son xəbərlər

Orphus sistemi