Rusiya hökuməti Xəzər dənizinin statusu haqqında Konvensiya layihəsini təsdiqləyib

Rusiya hökuməti Xəzər dənizinin statusu haqqında Konvensiya layihəsini təsdiqləyib Bakı. 22 iyun. REPORT.AZ/ Rusiya hökuməti Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiq edib.
Region
22 İyun , 2018 16:13
Rusiya hökuməti Xəzər dənizinin statusu haqqında Konvensiya layihəsini təsdiqləyib
0 : 00
0 : 00

Bakı. 22 iyun. REPORT.AZ/ Rusiya hökuməti Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiq edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bununla bağlı Rusiyanın baş naziri Dmitri Medvedev müvafiq sərəncam imzalayıb.

"Rusiya Xarici İşlər Nazirliyi tərəfindən təqdim edilən, icra hakimiyyətinin əlaqəli federal orqanları ilə razılaşdırılan və Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan tərəfləri ilə ilkin olaraq işlənib hazırlanan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsi təsdiq edilsin. Rusiya prezidentinə bu Konvensiyanın imzalanması təklif edilsin", - sərəncamda deyilir.

Xatırladaq ki, Xəzəryanı ölkələrin növbəti sammitinin ilin ikinci yarısında Qazaxıstanda keçiriləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi