​Rusiya hökuməti: "Türkiyəyə qarşı sanksiyaların genişləndirilməsi qərarı gələn həftə imzalana bilər"

​Rusiya hökuməti: "Türkiyəyə qarşı sanksiyaların genişləndirilməsi qərarı gələn həftə imzalana bilər" İmzalanma təxirə salınacağı halda, sanksiyaların yeni ilədək qüvvəyə minəcəyi istisna edilmir
Region
18 Dekabr , 2015 17:54
​Rusiya hökuməti: Türkiyəyə qarşı sanksiyaların genişləndirilməsi qərarı gələn həftə imzalana bilər

Bakı. 18 dekabr. REPORT.AZ/ Rusiya hökuməti Türkiyəyə qarşı sanksiyaların genişləndirilməsi haqda qərarı gələn həftə imzalaya bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu ehtimalı jurnalistlərə Rusiya İqtisadi İnkişaf Nazirliyindən (İİN) bildiriblər.

"Biz siyasi məsləhətləşmələrdən çıxış edərək, belə bir qərarın gələn həftə qəbul ediləcəyini proqnozlaşdırırıq. Ancaq bu, təxirə də salına bilər", - nazirlik nümayəndəsi vurğulayıb.

İmzalanma təxirə salınacağı halda, sanksiyaların yeni ilədək qüvvəyə minəcəyi istisna edilmir.

Son xəbərlər

Orphus sistemi