​Rusiya hökuməti "DÇ-2018"ə hazırlıq xərclərini ixtisar edib

​Rusiya hökuməti "DÇ-2018"ə hazırlıq xərclərini ixtisar edib Futbol üzrə dünya çempionatının iyunun 14-dən iyulun 15-dək Rusiyada keçirilməsi planlaşdırılıb
Region
22 İyun , 2015 14:57
​Rusiya hökuməti DÇ-2018ə hazırlıq xərclərini ixtisar edib

Bakı. 22 iyun. REPORT.AZ/ Rusiya hökuməti 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq xərclərini 30 milyard rubl (təxminən 564 milyon dollar) ixtisar edib.

"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Xəbərə görə, bir müddət öncə hökumət çempionat üçün mehmanxana tikintisi üçün xərclərə 27 milyard rubl (500 milyon dolardan bir az artıq) qənaət olunmasını təklif etmişdi.

Qeyd edək ki, "DÇ-2018"in 2018-ci il iyunun 14-dən iyulun 15-dək Rusiyada keçirilməsi planlaşdırılıb. FİFA bununla bağlı qərar qəbul edib. Amma son zamanlar futbol qurumunda aşkarlanan rüşvət və korrupsiya halları "DÇ-2018"ə Rusiyanın ev sahibliyi edəcəyini şübhə altına alıb. Çünki prokurorlar hesab edirlər ki, FİFA rəsmiləri dünya çempionatının Rusiyada keçirilməsi üçün Moskva rəsmilərindən rüşvət alıblar. 

Son xəbərlər

Orphus sistemi