Bakı. 8 Aprel. REPORT.AZ/ Rusiya Hava-Kosmik qüvvələri perspektiv S-500 zenit-raket kompleksinin tədarükünü gözləyir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya HKQ Baş komandanı, general-polkovnik Viktor Bondarev bildirib.
Onun sözlərinə görə, sənaye inkişaf edir, ən yeni S-500 kompleksi hazırlanır və tezliklə o, Hava Hücümundan Müdafiə Qoşunlarının arsenalına daxil olacaq.
O, həmçinin qeyd edib ki, HKQ-ya hər il 5 ədəd S-400 zenit-raket sistemi verilir.