Rusiya hipersəs və lazer texnologiyalı müasir silahların istehsalına başlayıb

Rusiya hipersəs və lazer texnologiyalı müasir silahların istehsalına başlayıb Bu silahlar yeni fiziki prinsiplərə əsaslanır
Region
19 Noyabr , 2016 04:00
Rusiya hipersəs və lazer texnologiyalı müasir silahların istehsalına başlayıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Rusiya yeni fiziki prinsiplərə, xüsusilə də hipersəsli və lazer texnologiyalı müasir perspektivli silah növlərinin istehsalına başlayıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyində keçirilən müşavirə zamanı bildirib.

Putin qeyd edib ki, bu gün dünyanın bir çox ölkələri yeni texnologiyalara – hipersəs, lazer və kibernetikaya əsaslanan silahlar istehsal edir. Onun sözlərinə görə, xüsusi diqqət rəqib silahlarının mühüm elementləri, infrastruktur obyektləri və texnikasına dəqiq təsir gücünə malik silahlara yönəldilib.

Prezident qeyd edib ki, belə silahların yaradılması üzrə işlər Rusiyada da aparılır.

Son xəbərlər

Orphus sistemi