Rusiya hərbi-kəşfiyyatçıları Ermənistandakı bazada təlimə başlayıb

Rusiya hərbi-kəşfiyyatçıları Ermənistandakı bazada təlimə başlayıb Təlimə 500-ə yaxın hərbi-kəşfiyyatçı, 50-yə yaxın hərbi texnika cəlb olunub
Region
18 Aprel , 2017 12:08
Rusiya hərbi-kəşfiyyatçıları Ermənistandakı bazada təlimə başlayıb

Bakı. 18 aprel. REPORT.AZ/ Rusiya hərbçiləri Ermənistanda yerləşən bazada xüsusi taktiki təlimlərə başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Cənub Hərbi Dairəsi mətbuat xidmətinin rəhbəri Vadim Astafyev bildirib.

Təlim Kəmxud dağlıq poliqonunda keçirilir. Hərbi tədbirə 500-ə yaxın hərbi-kəşfiyyatçı, 50-yə yaxın hərbi texnika cəlb olunub.

Manevrdə “Ratnik” qurğusundan istifadə ediləcək. “Ratnik” qurğusundan 2016-cı ildən quru, hərbi-desant və dəniz piyadaları istifadə edir. O, zirehlidir, döyüş mərmisi ilə təchiz edilib. 

Son xəbərlər

Orphus sistemi