Yuxarı

Rusiya Hərbi Donanması Xəzərdə və Qara dənizdə təlimlərə başlayır

Hərbi gəmilər minalar və şərti rəqibin sualtı qayıqlarının axtarışını həyata keçirəcək

Bakı. 9 fevral. REPORT.AZ/ Rusiya Hərbi Donanması Xəzər dənizində və Qara dənizdə təlimlərə başlayır. "Report"-un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat və informasiya idarəsi məlumat yayıb.

Bildirilir ki, bu gündən etibarən hərbi gəmilər minalar və şərti rəqibin sualtı qayıqlarının axtarışını həyata keçirəcək.

Xatırladaq ki, ötən gün Rusiya cənub hərbi dairəsinin qoşunlarına və hava-desant birləşmələrinə bir nömrəli döyüş hazırlığı əmri verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi