Rusiya Hərbi Dəniz Donanmasının aviasiyası Xəzər dənizində hava kəşfiyyatı və əməliyyat-axtarış tədbirləri həyata keçirir

Rusiya Hərbi Dəniz Donanmasının aviasiyası Xəzər dənizində hava kəşfiyyatı və əməliyyat-axtarış tədbirləri həyata keçirir Tədbirdə "İl-38" və "Tu-142" təyyarələri iştirak edir
Region
29 Avqust , 2016 10:23
Rusiya Hərbi Dəniz Donanmasının aviasiyası Xəzər dənizində hava kəşfiyyatı və əməliyyat-axtarış tədbirləri həyata keçirir

Bakı. 29 avqust. REPORT.AZ/ Rusiyanın Qara dəniz Donanmasının dəniz aviasiyası qoşunların ani döyüş hazırlığının yoxlanışı çərçivəsində Qara dəniz və Xəzər dənizi sularında gəmi qruplarının aşkarlanması məqsədilə hava kəşfiyyatının aparılması tapşırığını yerinə yetirir.

"Report" Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dəniz aviasiyasının təyyarələri şərti düşmənin sualtı qayıqlarının izlənməsi və suyun üzərinə çıxmasına məcbur edilməsi üzrə tapşırıqlar həyata keçirir.

Tədbirdə Cənub Hərbi Dairəsinin aerodromlarının əməliyyat tədbirlərinə hazırlığının ani yoxlanışı çərçivəsində Rusiya Federasiyasının Şimal Donanmasının dəniz aviasiyasının "İl-38" və "Tu-142" təyyarələri iştirak edir.

Xatırladaq ki, avqustun 25-də Rusiyada Cənub, Mərkəz və Qərb hərbi dairələrinin döyüş və səfərbərlik hazırlığı üzrə ani yoxlanışa başlanılıb. Bu tədbir "Qafqaz-2016" strateji komanda-qərargah təliminə hazırlıq məqsədilə həyata keçirilir. Yoxlama avqustun 31-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi