Yuxarı

​Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Ermənistandadır

Yığıncaqda KTMT-nin bölgədəki təhlükəsizliyinə təhdidlər müzakirə olunacaq

Bakı. 15 aprel. REPORT.AZ/Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Valeri Gerasimov Ermənistanın paytaxtı Yerevana səfər edib.

"Report"un Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, V.Gerasimov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanda keçirilən iclasında iştirak edəcək.

Yığıncaqda KTMT-nin bölgədəki təhlükəsizliyinə təhdidlər müzakirə olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi