Rusiya hərbçiləri Ermənistandakı bazalarını yeni pilotsuz uçan aparatlarla gücləndirib

Rusiya hərbçiləri Ermənistandakı bazalarını yeni pilotsuz uçan aparatlarla gücləndirib "Orlan-10" pilotsuz uçan aparatlar yüksək dağlıq yerlərdə lokal obyektlərə müşahidə aparacaq
Region
28 Oktyabr , 2015 12:18
Rusiya hərbçiləri Ermənistandakı bazalarını yeni pilotsuz uçan aparatlarla gücləndirib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Rusiyanın Müdafiə Nazirliyi Ermənitstandakı hərbi bazasının bölməsinə  Rusiya istehsalı olan müasir "Orlan-10" kəşfiyyat komplekslərini verib. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə RF Cənub hərbi dairədən bildiriblər. 

"Orlan-10" pulotsuz uçan aparat kompleksləri kəşfiyyat bölmələrinin maraqları üçün  yüksək dağlıq yerlərdə lokal obyektlərə müşahidənin aparılması zaman, eləcə də "Kamxud" və "Alagəz" poliqonlarında hərbi baza bölmələrinin hərbi hazırlıq üzrə təlimlərinin təmin olunması zaman bir sıra funksiyanı yerinə yetirəcəklər", - məlumatda deyilir. 

Hazırda bazada "Navodçik-2" kompleksi tətbiq olunur. Kompleksin tərkibinə "Qranat", "Zastava" və "Leyer" pilotsuz uçan aparatlar daxildir.

Son xəbərlər

Orphus sistemi