Yuxarı
    Bağlamaq

    ​Rusiya generalı: "Ermənistanla Hava Hücumundan Müdafiə sistemlərinin birləşdirilməsi Türkiyədən müdafiə olunmağa xidmət edir"

    Bu, Türkiyə sərhədini pozan Rusiya təyyarəsinin vurulması ilə bağlıdır

    Bakı. 23 dekabr. REPORT.AZ/ "Rusiya ilə Ermənistan Hava Hücumundan Müdafiə sistemlərinin birləşdirilməsi Türkiyədən müdafiə olunmağa xidmət edir".

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Quru Qoşunları Hava Hücumundan Müdafiə qoşunları komandanının keçmiş müavini general-leytenant Aleksandr Luzan bildirib.

    Onun sözlərinə görə, bu, Türkiyə sərhədini pozan Rusiya təyyarəsinin vurulması ilə bağlıdır.

    Qeyd edək ki, bu gün Moskvada Rusiyanın müdafiə naziri Sergey Şoyqu erməni həmkarı Seyran Ohanyan Rusiya və Ermənistan arasında Qafqazda bölgənin təhlükəsizliyinin təmin edilməsi üçün regional Hava Hücumundan Müdafiə (HHM) sisteminin yaradılması haqda saziş imzalayıb.

    Bundan başqa, nazirlər 2016-cı ildə Rusiya ilə Ermənistan Müdafiə nazirlikləri arasında əməkdaşlığa dair planı da təsdiqləyiblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi