Yuxarı

​Rusiya gələn il 7 birgə hərbi təlim keçirməyi planlaşdırır

Hərbi təlimlərdə sülhməramlı və antiterror yönlü tapşırıqlar icra ediləcək

Bakı. 1 dekabr. REPORT.AZ/ Rusiya Quru Qoşunlarının iştirakı ilə 2016-cı ildə 7 birgə hərbi təlim keçiriləcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nzirliyinin mətbuat və informasiya idarəsinin təmsilçisi bildirib.

Məlumata görə, Rusiya Quru Qoşunları Hindistan, Monqolustan, Vyetnam, Pakistan Silahlı Qüvvələri, eləcə də Kollektiv Təlükəsizlik Müqaviləsi Təşkilatı, Şanxay Əməkdalıq Təkilatına üzv dövlətlərlə birgə sülhməramlı və antiterror yönlü təlimlər keçirməyi planlaşdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi