Rusiya FTX ölkə sərhədlərində təhlükəsizlik təhdidlərini müəyyənləşdirib

Rusiya FTX ölkə sərhədlərində təhlükəsizlik təhdidlərini müəyyənləşdirib Bakı. 18 yanvar. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Rusiya prezidentinin Rusiya Federasiyasının dövlət sərhəd siyasətinin əsasları haqqında qanun layihəsini işləyib hazırlayıb.
Region
18 Yanvar , 2018 17:25
Rusiya FTX ölkə sərhədlərində təhlükəsizlik təhdidlərini müəyyənləşdirib

Bakı. 18 yanvar. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Rusiya prezidentinin "Rusiya Federasiyasının dövlət sərhəd siyasətinin əsasları" haqqında qanun layihəsini işləyib hazırlayıb.

"Report" xəbər verir ki, müvafiq sənəd FTX-nin saytında dərc edilib.

Sənəddə sərhəd ərazilərindən dövlətin milli təhlükəsizliyinə əsas təhdidlər əksini tapıb. Belə ki, FTX bəzi xarici dövlətlərin Rusiyaya qarşı ərazi iddialarını, həmçinin beynəlxalq terrorçu və ekstremist təşkilatların üzvlərinin ölkə ərazisinə daxil olmağa çalışmasını bu qəbildən sayır.

Bundan əlavə, qurum təhdidlər sırasında sərhəd yaxınlığında sosial-siyasi və hərbi gərginlik ocaqlarının olmasını, sərhəd ərazilərdə ictimai-siyasi sabitliyin pozulmasına zəminin qalmasını və Rusiyanın təbii resurslarının talan edilməsi cəhdlərini göstərib.

Qanun layihəsində qeyd olunub ki, Rusiyanın sərhəd siyasəti digər dövlətlərin suverenliyinə hörmət, sərhəd məsələlərinin sülh yolu ilə həlli və beynəlxalq öhdəliklərə riayət edilməsi əsasında qurulub.

Son xəbərlər

Orphus sistemi