Rusiya FTX-nin İnquşetiyadakı idarəsinin binası qumbaraatanlardan atəşə tutulub

Rusiya FTX-nin İnquşetiyadakı idarəsinin binası qumbaraatanlardan atəşə tutulub Hadisə ilə bağlı araşdırma aparılır
Region
17 Mart , 2017 11:59
Rusiya FTX-nin İnquşetiyadakı idarəsinin binası qumbaraatanlardan atəşə tutulub

Bakı. 17 mart. REPORT.AZ/ Martın 17-də gecə saatlarında naməlum şəxs Rusiya Federal Təhlükəsizlik Xidmətinin İnquşetiyadakı idarəsinin binasına atəş açıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın hüquq-mühafizə orqanları məlumat yayıb.

“Martın 17-də gecə saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İnquşetiya Respublikası üzrə Malqobek rayon bölməsinin binası qumbaraatanla atəşə tutulub. Hadisə nəticəsinə xəsarət alan olmayıb”, - məlumatda bildirilib.

Xəbərdə bildirilib ki, idarənin binasına ziyan dəyib. 

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi