Yuxarı

Rusiya FTX-nin direktoru: "Terror təşkilatları Şimali Qafqazda fəaliyyətini genişləndirməyi planlaşdırır"

MDB sərhədləri yaxınlığında yerləşən iki iri qeyri-sabitlik ocağı - Əfqanıstan və Yaxın Şərq son dərəcə narahatlıq doğurur

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Rusiya beynəlxalq terror təşkilatlarının Şimali Qafqaz regionunda fəaliyyətlərini genişləndirmək planları haqqında sənədli məlumat alıb."

"Report" xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru, ordu generalı Aleksandr Bortnikov Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 41-ci iclasında çıxışı zamanı məlumat verib.

"Son zamanlar Yaxın Şərqdə kök salmış beynəlxalq terror təşkilatlarının başçılarının planları və sənədlərlə təsdiqlənmiş məlumatlar əldə edirik. Bu sənədlərdə onların Şimali Qafqaz regionunda fəaliyyətlərini genişləndirmək planları və yerli cinayətkar qruplara yeni təkan verəməyə cəhd göstərəckləri açıq-aydın görünür" - A.Bortnikov bildirib.

FTX direktoru deyib ki, MDB sərhədləri yaxınlığında yerləşən iki iri qeyri-sabitlik ocağı - Əfqanıstan və Yaxın Şərq son dərəcə narahatlıq doğurur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi