Rusiya FTX Moskva Baş İstintaq İdarəsinin rəis müavinini həbs edib

Rusiya FTX Moskva Baş İstintaq İdarəsinin rəis müavinini həbs edib İstintaq Komitəsinin Baş İstintaq İdarəsində həyata keçirilən həbs gənc Şakro ləqəbli kriminal avtoritetin işi ilə bağlı ola bilər
Region
19 İyul , 2016 15:17
Rusiya FTX Moskva Baş İstintaq İdarəsinin rəis müavinini həbs edib

Bakı. 19 iyul. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidmətinin (RFTX) əməkdaşları ölkənin İstintaq Komitəsinin Moskva Baş İstintaq İdarəsinin rəis müavini, general-mayor Denis Nikandrovu həbs ediblər.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, hazırda Rusiya İstintaq Komitəsinin Moskva Baş İstintaq İdarəsinin Arbatda yerləşən binasının ikinci mərtəbəsində istintaq fəaliyyəti həyata keçirilir.

İctimai Nəzarət Komissiyasının sədr müavini Yeva Merkaçeva İstintaq Komitəsinin Baş İstintaq İdarəsində həyata keçirilən saxlanılmanın gənc Şakro ləqəbli kriminal avtoritet Zaxariya Kələşovun bu yaxınlardakı həbsi ilə bağlı ola bilcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi