Rusiya FMX: 1 milyona yaxın xarici vətəndaşın Rusiyaya girişi qadağan olunub

Rusiya FMX: 1 milyona yaxın xarici vətəndaşın Rusiyaya girişi qadağan olunub Təqribən 1 milyon xarici vətəndaş arasında əksəriyyət təşkil edən Özbəkistan, Tacikistan, Qırğızıstan və Azərbaycan vətəndaşlarıdır
Region
23 Sentyabr , 2014 17:22
Rusiya FMX: 1 milyona yaxın xarici vətəndaşın Rusiyaya girişi qadağan olunub
Bakı. 23 sentyabr. REPORT.AZ/ Rusiya qanunvericiliyini pozduqları səbəbindən təqribən 1 milyon xarici vətəndaş üçün ölkəyə giriş qadağan olunub. "Report" İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federal Miqrasiya Xidmətinin (FMX) rəhbəri Konstantin Romodanovski bildirib.

"Bu gün 990 mindən artıq xarici vətəndaşın Rusiyaya girişinə qadağa qoyulub. Təbii ki, bu siyahıda MDB ölkələri üstünlük təşkil edirlər. Bura Özbəkistan (40%), Tacikistan (20%), Qırğızıstan, Azərbaycan vətəndaşları daxildir" - deyə, Romodanovski qeyd edib. 

Onun fikrincə, RF qanunvericliyini pozan xarici vətəndaşların ölkəyə girişinin avtomatik bağlanma sistemi effektiv nəticə verir. "Bu il biz Mərkəzi Asiyadan kütləvi girişi xeyli azaltmışıq. Girişin bağlanması qanunsuz miqrasiya və qanunsuz əmək fəaliyyətinin qarşısının alınmasında effektiv tədbirdir" - deyə, FMX rəhbəri vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi