Yuxarı

​Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Türkiyə banklarının filiallarına basqın edib

Bank sektorunda çalışan Türkiyə vətəndaşı: Əsas məqsəd türk banklarına və iş adamlarına təzyiq etməkdir

Bakı. 18 dekabr. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Türkiyənin Rusiyada fəaliyyət göstərən 4 bankının filalına basqın edib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Türkiyənin "Ziraat Bankası"nın bir şöbəsi, "Garanti Bankası"nın "Garanti Bank Moskva", Rusiyanın "Sofiya Bankı"nı alan "İş Bankası"nın "İşBank"ı, "Fiba Holding"in "Gredit Europe", "Yapı kredi"nin eyni adlı Moskva şöbəsi, habelə "Rusiya Sberbank"ın əsas iştirakçısı olan "Deniz bankası" da Rusiyada fəaliyyət göstərir.

İnformasiyaya əsasən, Rusiya Federal Təhlükəsizlik Xidmətinin hədəfində yalnız türk bankları olmayıb. Türkiyənin maliyyə qurumları ilə yanaşı Rusiyanın 20 bankına da basqın edilib. 

Rusiya Federal Təhlükəsizlik Xidmətindən bildirilib ki, həyata keçirilən əməliyyatın əsas məqsədi Türkiyə vətəndaşı olan bir iş adamının çirkli pulların yuyulması ilə bağlı fəaliyyətini ortaya çıxarmaqdır.

Ancaq Rusiyada bank sektorunda çalışan Türkiyə vətəndaşı deyib ki, əsas məqsəd türk banklarına və iş adamlarına təzyiq etməkdir: "Çirkli pul" bəhanəsi ilə bankları narahat edirlər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi