​Rusiya Ermənistanın elektrik şəbəkəsini satır

​Rusiya Ermənistanın elektrik şəbəkəsini satır Şəbəkə Rusiya Eneregetika və Elektirikləşmə üzrə Açıq tipli Səhmdar Cəmiyyətinə daxildir
Region
14 Aprel , 2015 13:45
​Rusiya Ermənistanın elektrik şəbəkəsini satır

Bakı. 14 aprel. REPORT.AZ/ Rusiya Ermənistan Elektrik Şəbəkəsini satışa çıxarıb.

"Report" xəbər verir ki, bu haqda Ermənistanda çıxan "Haykakan Jamanak" qəzeti məlumat yayıb.

Xəbərdə qeyd olunub ki, Rusiyanın nəzarətində olan şəbəkə ilə bağlı heç bir sövdələşmə əməliyyatı keçirilməyəcək, sadəcə müəssisənin "təhvil-təslim" prosesi gerçəkləşdiriləcək.

Qəzetin yazdığına əsasən, şəbəkənin Rusiyada fəaliyyət göstərən erməni iş adamının aldığına dair məlumatı müəssisədən təsdiqləməyiblər.

Ermənistan Elektrik Şəbəkəsi Rusiyanın "İnter RAO EES" (Rusiya Eneregetika və Elektirikləşmə üzrə Açıq tipli Səhmdar Cəmiyyəti) şirkətinə daxildir.

Son xəbərlər

Orphus sistemi