Yuxarı

Rusiya Ermənistandakı hərbi bazasına yeni vertolyotlar göndərib

İlin sonuna qədər helikopterlərin növbəti partiyası göndəriləcək

Bakı. 8 dekabr. REPORT.AZ/ Rusiya Ermənistanın Cənub Hərbi Dairəsinin (CHD) Erebunidəki hərbi bazasına yeddi ədəd müasir hücum vertolyotu Mi-24p və nəqliyyat vertolyotu Mi-8Mt göndərib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

İlin sonuna qədər helikopterlərin növbəti partiyası göndəriləcək.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, İrəvanda yerləşən Rusiya Cənub Hərbi Dairəsinin aviabazası 1995-ci ildə yaradılıb. 1998-ci ilin noyabrında Rusiya bazaya MiQ-29 çoxhədəfli qırıcılarını yerləşdirib. 2001-ci ilin iyulunda isə Erebunidə yerləşən hərbi hissələrdən aviasiya bazası yaradılıb. Bu baza Gümrüdə yerləşən 102-ci hərbi bazasının hava komponenti kimi fəaliyyət göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi