​Rusiya Ermənistandakı hərbi bazasında artilleriya təlimlərinə başlayıb

​Rusiya Ermənistandakı hərbi bazasında artilleriya təlimlərinə başlayıb Təlimə 300-ə yaxın hərbçi cəlb olunub
Region
25 Avqust , 2015 20:00
​Rusiya Ermənistandakı hərbi bazasında artilleriya təlimlərinə başlayıb

Bakı. 25 avqust. REPORT.AZ/ Rusiya Ermənistandakı "Alagəz" yüksək dağlıq bölgəsindəki hərbi bazasında artilleriya bölmələrinin təliminə başlayıb.

"Report" xəbər verir ki, bu haqda Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, təlimə 300-ə yaxın hərbçi cəlb olunub və tədbirdə yüzədək hərbi texnika, o cümlədən "Qvozdika", "Qrad", "Podnos" və "Konkurs"dan istifadə ediləcək. 

Son xəbərlər

Orphus sistemi