Yuxarı
    Bağlamaq

    ​Rusiya Ermənistandakı hərbi bazasına 6 helikopter göndərib

    Bu helikopterlər əvvəllər Krasnodar diyarındakı hərbi aerodromunda yerləşdirilib

    Bakı. 21 dekabr. REPORT.AZ/ Rusiya Ermənistandakı hərbi bazasını döyüş və nəqliyyat helikopterləri göndərməklə gücləndirir.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, Rusiya Krasnodar diyarındakı hərbi aerodromundan Ermənistandakı hərbi bazasına 6 "Mi-24P" tipli döyüş və "Mi-8MT" tipli nəqliyyat helikopteri göndərib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi