Bakı. 20 yanvar. REPORT.AZ/ Rusiyanın Ermənistandakı 102 saylı bazasının şəxsi heyəti 2016-cı ilin yazından müqavilə əsasında xidmət edən hərbçilərdən formalaşdırılacaq.
"Report" "İnterfaks-ABN"ə istinadən xəbər verir ki, bu haqda Rusiya Silahlı Qüvvələri Baş Qərargahından bildirilib. Məlumata əsasən, Ermənistandakı bazada hərbi xidmət edən sonuncu rusiyalı çağırışçı 2016-cı ilin yazında oranı tərk edəcək.
Bu haqda qərar ötən il, Gümrü hadisələrindən öncə qəbul edilib.
Məlumatda bildirilib ki, Rusiyanın Tacikistanda yerləşən 201-ci hərbi bazasında 2014-cü ilin dekabrından şəxsi heyət müqavilə əsasında xidmət edən hərbçilərdən formalaşdırılmağa başlayıb: "Aleksandr Nevsk Ordenli 102 saylı hərbi bazada iki qarnizon, 19 hərbi şəhərcik var. Ötən ilin dekabrından orada iki min beş yüz yeni çağırışçı xidmət edir".