Rusiya Ermənistandakı bazasında kadr siyasətini dəyişdirir

Rusiya Ermənistandakı bazasında kadr siyasətini dəyişdirir 102 saylı bazada xidmət edən sonuncu rusiyalı çağırışçı 2016-cı ilin yazında oranı tərk edəcək
Region
20 Yanvar , 2015 14:16
Rusiya Ermənistandakı bazasında kadr siyasətini dəyişdirir

Bakı. 20 yanvar. REPORT.AZ/ Rusiyanın Ermənistandakı 102 saylı bazasının şəxsi heyəti 2016-cı ilin yazından müqavilə əsasında xidmət edən hərbçilərdən formalaşdırılacaq.

"Report" "İnterfaks-ABN"ə istinadən xəbər verir ki, bu haqda Rusiya Silahlı Qüvvələri Baş Qərargahından bildirilib. Məlumata əsasən, Ermənistandakı bazada hərbi xidmət edən sonuncu rusiyalı çağırışçı 2016-cı ilin yazında oranı tərk edəcək.

Bu haqda qərar ötən il, Gümrü hadisələrindən öncə qəbul edilib.

Məlumatda bildirilib ki, Rusiyanın Tacikistanda yerləşən 201-ci hərbi bazasında 2014-cü ilin dekabrından şəxsi heyət müqavilə əsasında xidmət edən hərbçilərdən formalaşdırılmağa başlayıb: "Aleksandr Nevsk Ordenli 102 saylı hərbi bazada iki qarnizon, 19 hərbi şəhərcik var. Ötən ilin dekabrından orada iki min beş yüz yeni çağırışçı xidmət edir".

Son xəbərlər

Orphus sistemi